Cahan_Az

Təsisçinin Müraciəti

VÜQAR Z. ABBASOV​

"Cahan Holdinq"in təsisçisi

1993-cü ildən bəri Azərbaycanda ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş sahibkarlıq bu inkişafın ön sıralarında gedir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhrələnən şirkətlər sırasında “Cahan Holdinq” də var.

Fəaliyyəti dövründə “Cahan Holdinq” biznesin bir çox sahələrində uğurlar qazanıb. “Cahan Holdinq” sənayə , inşaat , ticarət , xidmət , avtomobil və investisiya sektoru sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

30 il ərzində göstərdiyiniz dəstək və birgə əməkdaşlıq sayəsində bu gün bu mövqeyə çatmışıq. Məqsədimiz “Cahan Holdinq”in fəaliyyət dairəsini daha da genişləndirərək dünyada sayılıb seçilən şirkətlərdən olmaqdır.