
Noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilib.
Forum çərçivəsində “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusuna həsr olunmuş plenar iclas, eləcə də Enerji, İnfrastruktur, Logistika və Tikinti, Qabaqcıl istehsal, süni intellekt və yeni texnologiyalar mövzularında 3 tematik sektor üzrə panel sessiyaları keçirilmişdir.
Forum çərçivəsində iki ölkə arasında kritik xammal sahəsində üçüncü dövlətlərlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Forumda Azərbaycanın və İtaliyanın dövlət rəsmiləri, iqtisadi qurumlarının rəhbərləri, iş adamları və aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Holdinq”in təsisçisi Vüqar Abbasov və “Cahan Holdinq”in Müşahidə Şurasının üzvü Ağazakir Abbasov da iştirak ediblər.