
Noyabrın 1-də Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 42-ci iclası çərçivəsində “B57+ Biznes Liderləri Sammiti 2026” keçirilib.
İƏT-ə üzv ölkələrin biznes nümayəndələrini, investorları və dövlət rəsmilərini bir araya gətirən sammit beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi və biznes əlaqələrinin inkişafına həsr olunub.
Sammitdə Azərbaycanı Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının (NSK) sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.