
Sentyabrın 18-də Naxçıvanda “BE Master” Usta Klubunun təntənəli təqdimat mərasimi keçirilib.
İnşaat və istehsalat sahəsində fəaliyyət göstərən “BE Group” tərəfindən yaradılan klubun əsas məqsədi peşəkar ustaların fəaliyyətini dəstəkləmək, onların inkişafına töhfə vermək və innovativ həlləri təşviq etməkdir.
Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, o cümlədən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev iştirak edib. Qonaqlara “BE Group”un məhsulları, texnologiyaları və “BE Master” Usta Klubunun imkanları təqdim olunub. Çoxsaylı usta və mütəxəssis “BE Master” mobil tətbiqini yükləyərək klubun ilk üzvləri sırasına qoşulub.
Mərasimdə “BE Group”un icraçı direktoru Zəka Abdullayev şirkətin fəaliyyət istiqamətləri və gələcək layihələri barədə məlumat verib. “Deceuninck Group” nümayəndəsi Bora bəy “BE Group”un Avropa standartlarına uyğun istehsal və xidmət modelini yüksək qiymətləndirərək, şirkətin beynəlxalq miqyasda tanınan “Winsa” brendinin Azərbaycanda rəsmi istehsalçısı və eksklüziv distribüteri olduğunu vurğulayıb.
Tədbir musiqili proqram və ustalar üçün təşkil olunan stimullaşdırıcı lotereya ilə davam edib, qaliblərə müxtəlif hədiyyələr təqdim olunub. Mərasim xatirə fotosu ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov da iştirak edib. bunu da rus v’ingilis dilinə tərcümə et