Cahan_Az

Xəbərlər

Cahan Holding Çay və Qəhvə Festivalında iştirak edib

9–30 may tarixlərində Xankəndi şəhərində keçirilən Çay və Qəhvə Festivalında Cahan Holding uğurla iştirak edib.

Ölkənin müxtəlif bölgələrini təmsil edən 20-dən çox şirkətin qatıldığı festival çərçivəsində iştirakçılar öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim ediblər. Cahan Holding tədbirdə   ennammc Enna MMC və Cahan Çay MMC tərəfindən təqdim olunan Akbar, Tudor, Buzz və Plus Power brendlərinin məhsullarının nümayiş olunduğu stendlə təmsil olunaraq ziyarətçilərə bu məhsulları daha yaxından tanıtmaq imkanı əldə edib.

 

İki gün davam edən festival ərzində stend çoxsaylı ziyarətçiləri qəbul edib, sərgilənən məhsullar böyük maraqla qarşılanıb və iştirakçılarla səmərəli görüşlər keçirilib.