Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, dövlət qurumlarının rəhbərləri, sahibkar birliklərinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Çıxışlarda özəl sektorun ölkə iqtisadiyyatının davamlı inkişafında, yeni iş yerlərinin yaradılmasında və məşğulluğun təminində mühüm rolu xüsusi vurğulanıb.
Tədbirdə Cahan Şirkətlər Qrupunun təsisçisi Vüqar Abbasov iştirak edib. Sonda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilib, proqram bədii hissə ilə yekunlaşıb.