“Cahan Şirkətlər Qrupu”nda əməyin mühafizəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil olunur.
Növbəti belə tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin birgə təşkilatçılığı ilə “ENNA” MMC-də baş tutub.
Görüşdə nazirliyin digər qurumlarının nümayəndələri və “ENNA” MMC-nin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası haqqında, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlarla bağlı ətraflı məlumatlar verilib.
Əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.