Aprelin 28-də Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkil etdiyi Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. “Bu mükafatlar bizim üçün təkcə fəxarət deyil, həm də daha böyük məsuliyyətdir. Əməkdaşlarımız üçün sağlam, təhlükəsiz və ədalətli əmək mühiti yaratmaq bizim başlıca məqsədimizdir” – deyə, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov bildirib.
Bir neçə minədək əməkdaşın çalışdığı “Cahan Holdinq”, əmək münasibətlərində sosial tərəfdaşlığa, şəffaf idarəetməyə və beynəlxalq standartlara əsaslanan yanaşması ilə fərqlənir. Şirkət ISO 9001 beynəlxalq standartına uyğun nizam intizamlı iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasında nümunəvi fəaliyyəti ilə tanınır. Xüsusilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin təminində “Cahan Holdinq”in rolu böyükdür. Şirkət bölgədə həm iqtisadi, həm də sosial sabitliyin qorunmasına töhfə verir.