Cahan_Az

Xəbərlər

Aprelin 11-də Bakıda Azərbaycan–Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib.

Aprelin 11-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib. İclas iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişaf istiqamətləri, xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi və ticarət dövriyyəsinin artırılması məsələlərinə həsr olunub.

Tədbirdə Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea çıxış ediblər.

İclasın sonunda Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar sahələr, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm kimi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, tədbirdə “Cahan Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak edib.