Cahan_Az

Xəbərlər

Ramazan Bayramı münasibətilə “Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə Naxçıvan Sarayda tədbir keçirilib.

“Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə Naxçıvan Sarayda Ramazan Bayramı münasibətilə tədbir kecirilib. Tədbiri giriş sözü ilə açan şirkətin müşaviri Daşqın Rəhimov Ramazan bayramının mənəvi dəyərlərindən danışaraq tədbir iştirakçılarını bayram münasibətilə şirkət adından təbrik etdi.

Sonra Naxçıvan şəhəri və Babək rayonu üzrə 150-dən artıq aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlara bayram sovqatı verildi.