“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə qrupun müəssisələrinin ətraf ərazilərində genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirilib. Ekoloji dəyərlərin təbliğini hədəfləyən aksiya zamanı ərazilərdə təmizlik və abadlıq işləri aparılıb, ümumilikdə 300-dən artıq meyvə ağacı əkilib. Təbiətin qorunmasına töhfə vermək məqsədi daşıyan aksiyada “Cahan” əməkdaşları da fəal iştirak ediblər.