Cahan_Az

Xəbərlər

Oktyabrın 14-də "Caspian Energy Club" tərəfindən Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvana "Business Tour" təşkil olunub.

Oktyabrın 14-də “Caspian Energy Club” “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün Naxçıvan Muxtar Respublikasına “Business Tour” təşkil edib.

Turda işgüzar səfərdə olan Latviya, Estoniya və Finlandiyadan olan şirkət rəhbərləri, bu ölkələrin Ticarət Palatalarının nümayəndələri iştirak ediblər. Nümayəndələr “Cahan Şirkətlər Qrupu”MMC-nin qabaqcıl müəssisələrindən olan “ENNA” MMC-də ziyarət ediblər.

Qonaqlara müəssisə, və burada istehsal olunan enerji içkiləri haqqında ətraflı məlumat verilib.