Autizm Maarifləndirmə Ayı çərçivəsində “Mavi Ürəklər” qrupunun Naxçıvana səfəri baş tutub.
“Cahan Holdinq”in sponsorluğu, Naxçıvan Muxtar Respublikası “Sevinc-Milli-Mənəvi Dəyərlər və Müasir Çağrışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə Autizm Maarifləndirmə Ayı çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin müəllim və şagird kollektivi, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun Naxçıvan şəhərinə səfəri təşkil olunub. Səfərin ilk günü kollektiv Naxçıvan Avtomobil Zavodunda, sonra Əcəmi seyrəngahında, Xan sarayında olub. Gənclərə ətraflı məlumatlar verilib. Səfərin ikinci günü isə Naxçıvan Müəllimlər İnstitutunda və Naxçıvan Dövlət Univerisitetində keçirilib.
Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun təqdimatında mahnı, şeir və musiqilər səsləndirilib. Gənclər asudə vaxtlarını Əyləncə adasında oyunlar ounamaqla dəyərləndiriblər.
Böyük maarifləndirici əhəmiyyəti olan belə tədbirlərin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulub.