28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov və digər dövlət nümayəndələri çıxışlar etmiş ve panel müzakirələr aparılmışdır.
Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lər təltif ediliblər. Təltif edilənlər arasında “Cahan” Şirkətlər Qrupu MMC-nin istehsal sahəsi olan ENNA MMC-nin icraçı direktoru Ruslan Əlimərdanovda var. Təşəkkürnamə Ruslan Əlimərdanova Milli Məclisin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev tərəfindən təqdim edilib.A