Gerçək alman texnologiyası və keyfiyyətinin vəhdəti hesab edilən “Hongqi” markalı müxtəlif təyinatlı avtomobillərin rəsmi təmsilçisi olmaqla, ölkəmizdə nəqliyyat vasitələrinə olan yüksək tələbatı təmin edir və üstün səviyyəli texniki xidmət həyata keçirdirik.
Cahan Holdinq Şirkətlər İttifaqına daxil olan Naxçıvan Motors MMC artıq 20 ildir Azərbaycan ərazisində yerli və dünyanın müxtəlif ölkələrində istehsal olunan yeni model avtomobillərin satışını və texniki servis xidmətlərini təşkil edən aparıcı şirkətlərdən biridir.
2006-cı ildə əsası qoyulan Naxçıvan Avtomobil Zavodu, 2009-cu ildə Çinlə imzalanan əməkdaşlıq sazişi əsasında “LİFAN” markalı minik avtomobillərinin istehsalını Naxçıvanda təşkil etmişdir.