Cahan_Az

Xəbərlər

30 İyul: Naxçıvanda “Qanunun səsi susmaz” teatr tamaşası nümayiş olunub

İyulun 30-da “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Naxçıvan şəhəri, Əyləncə adasında “Hüquq səhnəsi” – “Qanunun səsi susmaz” adlı teatr tamaşası nümayiş olunub.

Tədbirdə əvvəlcə Naxçıvan Televiziyası tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq hazırlanmış videoçarx nümayiş olunub. Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən hazırlanmış teatr tamaşası izlənilib. Tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan Dövlət Uşaq Teatrı və “Cahan Şirkətlər Qrupu”nun əməkdaşlığı ilə keçirilən tədbirin sonunda tamaşada fəal iştirak edən şəxslər təşkilatçılar tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.