Naxçıvançay üzərində təmir-bərpa işləri aparılan körpünün açılışı olmuşdur.

Təmir və bərpasında son tamamlama işləri yekunlaşdırılan şəhərin giriş qapısı olan Naxçıvançay körpüsünün açılışı olmuşdur.
Körpü ətrafında təmizlik-abadlıq işləri aparılmış, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün körpünün ətrafında səkilər bərpa olunmuşdur. Körpünün bərpa və təmir işlərində İtalyan istehsalı boyadan, paslanmaz polad kəndirlərdən, Bakı istehsalı üzlük daşlardan istifadə olunmuşdur. Körpüdə yeni və müasir tipli işıqlandırma sistemi quraşdırılıb ki, bu da şəhərə xüsusi bir estetik gözəllik verir. Görülmüş bu işlər “Cahan İnşaat” MMC-nin Mənzil Tikinti İdarəsi tərəfindən həyata keçirilmişdir.