“Cahan Holdinq” KŞİ-nin prezidenti Vüqar Abbasov Fəxri Xiyabanda olmuşdur.

10 may 2019-cu il tarixində “Cahan Holdinq” KŞİ-nin prezidenti Vüqar Abbasov kollektivi ilə birlikdə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.
 
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
“Cahan Holdinq” KŞİ-nin prezidenti Vüqar Abbasov kollektivi ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və  önünə əklil qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla anmışlar.