“Cahan Holdinq” KŞİ-də növbəti iclas keçirilmişdir.

7 avqust 2017-ci il tarixində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında görülən işlərin yekunu və qarşıda duran vəzifələrlə bağlı növbəti iclas keçirilmişdir.
İclası giriş sözü ilə “Cahan Holdinq” KŞİ-nin prezidenti V. Abbasov açmışdır. İclasda departament rəhbərləri, müəssisə rəhbərləri çıxış etmiş, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılmşıdır.
İclasa “Cahan Holdinq” KŞİ-nin prezidenti yekun vuraraq aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.