“Cahan Holdinq” KŞİ-də ilin yekunu ilə bağlı iclas keçirilmişdir.

24 dekabr 2016-cı il tarixdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının ilin yekunu ilə bağlı iclası keçirilmişdir.
İclası giriş sözü ilə “Cahan Holdinq” KŞİ-nin prezidenti V. Abbasov açmış və 2016-cı il ərzində görülmüş işlər haqqında danışmışdır. O, çıxışında Şıxmahmud kəndi ərazisində yeni kanalizasiya şəbəkəsinin tikilməsi, “Cahan Pen” MMC-nin yeni fabrikinin tikintisi, “Cahan Tabak” MMC-də yeni istehsal xəttinin istifadəyə verilməsi, tələbata uyğun olaraq Naxçıvan və Culfa şəhərlərində “Magna” mağazalarının istifadəyə verilməsi, Banu Məişət şəbəkəsinin genişləndirilərək yeni marketin açılması, “Cahan Çay” MMC-də “Tudor” çaylarının yeni dizaynda paketlənməsi və Holdinqdə mərkəzləşdirilmiş kamera sistemlərinin yaradılması ilə bağlı məlumat vermişdir.
Daha sonra iclasda ticarət, sənaye, inşaat və Bakı departamentlərinin rəhbərləri, audit şöbəsinin müdiri, “Cahan Ticarət” MMC-nin və digər müəssisələrin rəhbərləri çıxış edərək 2016-cı il ərzində görülmüş işlərlə bağlı məlumat vermişlər.
İclasa “Cahan Holdinq” KŞİ-nin prezidenti yekun vuraraq 2016-cı ilin ən yaxşı işçilərinin adlarını qeyd etmiş və aidiyyatı qurum rəhbərlərinə qarşıdakı ildə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.