“Cahan Holding” Kommersiya Şirkətləri İttifaqında “Məcburi dövlət sosial sığorta haqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur” mövzusunda tədbir keçirilmişdir.

Sonda bir neçə holding əməkdaşına sosial sığorta kartı təqdim olundu.
Noyabr ayının 5-də “Cahan Holding” KŞİ-də “Məcburi dövlət sosial sığorta haqqını ödəyən hər bir vətəndaş sığorta stajı qazanmış olur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin müdiri Vüsal Məmmədzadə, Gəlirlər sektorunun müdiri Asim Cəfərov, Pensiyaların təyinatı sektorunun müdiri Mənsur Mahmudov  “Sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti və sığorta stajının müəyyən olunma qaydaları” mövzusunda çıxış edərək holding əməkdaşlarına ətraflı məlumat veriblər. “Cahan Holding” KŞİ Aparatının rəhbəri Azər Cəfərov çıxış edərək birdirdi ki, Cahan Holdingdə çalışan işçilərin sosial müdafiəsi daim diqqət mərkəzindədir. Sonda bir neçə holding əməkdaşına sosial sığorta  kartı təqdim olundu.