Heç zaman inkişafdan geri qalmayan və irəliyə doğru addımlayan “Cahan Holding” bugün “GULBAHAR TOBACCO” ilə əməkdaşlıq edərək, tütün sənayesində dinamik inkişaf edən, yaxşı təşkil olunmuş siqaret istehsalçılarından biri olmuşdur.
 
 
Güclü dəyərlər və məqsədlər əsasında idarə olunan GULBAHAR TOBACCO müştərilərin tələblərinə yüksək həssaslıqla cavab verən bir şirkətdir. Şirkətin baş ofisi və zavodu Jebel Ali azad iqtisadi zonasında (BƏƏ) yerləşir. Şirkətin mükəmməlliyə olan marağı istehsal etdiyi hər məhsulda öz əksini tapır. Təxminən 13 illik fəaliyyəti dövründə Gulbahar Tobacco növbəti minilliyin tələblərinə cavab vermək üçün rəqabət mühitində yaxşı mövqe tutmağa çalışır.