LA CASA DEL HABANO

“La Casa del Habano” dünyanın məşhur ticarət markalarından biri olan “Habanos S.A.”-nın mülkiyyətidir.
 
 
“La Casa del Habano” butikləri dünya uğurunu simvollaşdırır. İlk beynəlxalq salon 1990-cı ildə Meksikada Cancunda açılmışdır.

Başlanğıcda bu salon öz müştərilərinə məşhur Kuba siqar markaları təklif etmişdir. Hal-hazırda salon siqar satışı ilə yanaşı, həm də ekspertlərə və həvəskarlara müxtəlif xidmətlər də təklif edir.

“La Casa del Habano”nun uğur qazanmasında əsas amil Habanos S.A.-nın biznesin inkişafına fundamental yanaşmasıdır.

Digər tərəfdən, nəticədə bir butik sahibi olan hər sahibkar “La Casa del Habano” ailəsinin üzvü olur. Bu ailənin üzvlərini yalnız siqar üçün ehtiras yox, həm də siqar haqqında ətraflı bilik birləşdirir. Bu iki əsas amil yeni müştərilər cəlb etmək və eyni zamanda siqar ekspertlərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün əsas yaradır. Belə ki, istehlakçılar Kuba plantasiyaları tərəfindən hazırlanmış ən yaxşı tütün və “La Casa del Habano” mütəxəssisləri tərəfindən yüksək keyfiyyətli məhsul alırlar.

“Cahan Holdinq” Azərbaycanda “La Casa Del Habano” rəsmi nümayəndəsidir.
Rəhbər: Emin Rasulov
Telefon: (99412) 490 62 97
Adres: Babək pr. 21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: http://www.cigars.az