DAYS HOTEL BAKU

“Wyhdam Otellər Qrupu”nun həqiqi üzvü olan “Days Hotel Baku” 4 ulduzlu otel kimi 29 noyabr 2009-cu il tarixindən fəaliyyətə başlamışdır. Otel inşaat planı, müasir bədii tərtibatı, texniki imkanları və peşəkar işçi heyəti ilə beynəlxalq standartlara cavab verir. Otel 3 sadə, 45 standart (1 əlil otağı və 32 siqarət çəkilməyən otaq) , 35 senior standart və 18 biznes otaqlardan ibarət olan 102 rahat, komfortlu otaqlara malikdir.
 
 
Bundan başqa bütün lazımi imkanları özündə birləşdirən “Banu” konfrans zalı, “Ruzi” restoranı, “Babək” barı, Kuba siqarlarının yerli məkanı olan “La Casa Del Habano” siqar evi də qonaqların ixtiyarına verilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə “Days Hotel Baku” avtomobillərin kirayəsi, camaşırxana, quru təmizləmə, yüksək sürətli, pulsuz Wi-Fi inernet çıxışı, yeraltı avtodayanacaq, 24 saat otaq servisi və transfer xidmətlərini təklif edir. Həmçinin elektron seyf, elektron qapı sistemi, mərkəzləşdirilmiş və kondinsionerli hava sistemi, birbaşa telefon çıxışı, minibar, fen, tüstü detektoru, peyk televiziyası, cakuzi və duş daxil etmək olar. “Ruzi” restoranı Azərbaycan və Avropa mətbəxini özündə birləşdirən menyusu ilə səhər, günorta və axşam yeməklərini təqdim edir.

“Babək” bar zalı sizə zövqünüzə uyğun içkilər və qəlyanaltılar seçməyə imkan verir.

“Banu” konfrans zalı sizin iş görüşlərinizin, banket və xüsusi tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Audio və video avadanlıqlarla təchiz olunmuşdur.

Günəş altında ən yaxşı xidmət bizim bütün xidmətlərimizdə bizə bələdçilik edir.
Rəhbər : Murat Gözütok
Telefon: (+99412) 496 73 00
Adres: Babək pr. 21/99, Bakı AZ1031 / Azərbaycan
Veb Adres: www.dayshotelbaku.az