"CAHAN" MMC TİCARƏT MƏRKƏZİ

“Cahan” MMC Ticarət Mərkəzinin yaradılmasının və fəaliyyətinin əsas məqsədi xarici və yerli, fiziki və hüquqi şəxslərin tələbatı ilə bərabər,müəssisənin fəaliyyətindən alınan gəlirin əldə edilməsi, eyni zamanda müəssisənin təsisçilərinin və işçilərinin iqtisadi maraqlarının təminidir.
 
 
Bunun üçün ilk öncə Ticarət Mərkəzinin əsas korpusunda və onun ətrafında 24 m2-lik 200 ədəd mağaza tikilərək sahibkarların istifadəsinə verilmişdir. Əhalinin təlabatını nəzərə alaraq sonrakı dövr ərzində 100 ədəd meyvə-tərəvəz köşkü, 122 ədəd paltar satışı köşkü və 32 ədəd mağaza tikilərək istifadəyə verilmişdir.Muxtar Respublika İqtisadiyyatının sürətli inkişafı Ticarət Mərkəzinin böyüməsini labüd hala gətirmiş, yeni “B” blokunun inşasına başlanılmışdır. Həmin blokda 298 ədəd mağaza icarədarların icarəsinə verilmişdir.

Ticarət Mərkəzinin əsas korpusunun daxilində 10 ədəd və onun ətrafında müasir tipli 37 ədəd mağaza inşa edilərək sahibkarların ixtiyarına verilmişdir. Əhaliyə iaşə xidmətininn səviyyəsini artırmaq məqsədilə ümumi sahəsi 720 m2 olan dörd kafeteriya ən müasir avadanlıqlarla təchiz edilərək əhaliyə xidmət üçün istifadəyə verilmişdir.

Sonrakı vaxtlarda yenə 198 mağazası olan “C” blokunun inşası başa çatmış, sahibkarların və əhalinin istifadəsinə verilmişdir.

Əsas korpusun havalandırma sisteminin tam gücü ilə işləməsi təmin olunmuş, isti yay günlərində binanın təmiz və sərin hava ilə təminatı bərpa olunmuşdur.

Həmin blokun ətrafında tikilmiş mağazaların daş örtüklə örtülməsi əsas korpusun görkəmini xeyli dəyişdirmiş, daha da gözəlləşdirmişdir. Binanin damının izolyasiya örtüyü yenilənmişdir.
Rəhbər: Qurban Abbasov
Telefon: (+99470) 215 30 41
Adres: Əziz Əliyev k. 10, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahan.az