"CAHAN BANU" MƏİŞƏT EVİ

“Cahan Banu” məişət evi Çənlibel Məhəlləsində (Yeni Naxçıvan) istifadəyə verilmişdir. Məişət evinin tərkibinə “Banu” market, “Banu” şadlıq sarayı, “Banu” qadın gözəllik salonu, kişi bərbər salonu, “Banu” kafe, əczaxana, dərzi, bəy və gəlin geyimləri, fotostudiya daxildir.
 
 
“Banu” market ikinövbəli iş rejimi ilə 15 saat vətəndaşlara xidmət göstərməkdədir. Marketdə olan işçilər yemək və geyimlə təmin olunurlar.

Gündəlik qida, ət, ərzaq, təmizlik malları, müxtəlif növ içkilər, təsərrüfat malları və başqa malların satışı ilə məşğul olan “Banu” market qısa zamanda ucuz və keyfiyətli malların satışına görə fərqlənmişdir.

“Banu” şadlıq sarayı istifadəyə verildiyi vaxtdan 280 nəfərlik gözəl dizaynla vətəndaşların diqqətini cəlb etmişdir. Restoranda gülərüz xidməti heyət, milli və avropa mətbəxinin ləziz təamlarını təqdim edə bilən mətbəx heyəti var. Ağ rəngli dizaynı ilə restoran diqqəti cəlb edir. Müştərilərə xüsusi güzəştlər də verilir. Belə ki, toylar üçün gəlinin bəzədilməsi və gəlin geyimi, tort, çəkiliş, musiqi, kloun və başqa hədiyyələr də restoran tərəfindən hədiyyə edilir.

Məişət xidmətinə aid olan fotostudiya da restoranda keçirilən toylar zamanı məclis qonaqlarının xatirə şəkillərini qısa müddətdə yüksək keyfiyyətlə təqdim etmək imkanına sahibdir.

“Banu” gözəllik salonu, kişi salonu, dərzi, bəy və gəlin geyimləri xanımlara və bəylərə xüsusi xidmət göstərir. Professional saç ustaları və stilistlər tərəfindən göz oxşayan gözəlliklər təqdim edilir.

“Banu” kafe və əczaxana da məişət xidmətinin tərkibinə daxildir və vətəndaşlara yüksək xidmət göstərən əmək kollektivi çalışır.
Rəhbər: Elşən Məmmədov
Telefon: (+99450) 295 28 33
Adres: Çənlibel məhəlləsi, Naxçıvan AZ7000 / Azərbaycan
Veb Adres: http://www.cahanbanu.com