Park-Kafe

Orijinal memarlıq üslubuna malik bulvar kafesi.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının unikal layihələrindən biri Park Kafedir.

Naxçıvançay vadisində, aeroport yolunda yerləşən bu layihə Muxtar Respublikanın gözəl əyləncə-istirahət mərkəzlərindən biri olacaqdır.

Park-Kafenin zirzəmisində atış poliqonu, bovlinq salonu kimi əyləncə sahələri nəzərdə tutulmuşdur. Yuxarı mərtəbədə dünyada məşhur olan restoranların yerləşməsi planlaşdırılır.
 
Binanın zirzəmi hissəsi dəmir-beton konstruksiyalardan, yuxarı mərtəbələr isə metal konstruksiya və şüşə qatından ibarət olacaqdır. Müştərilərin mərtəbələr arası əlaqəsini asanlaşdırmaq üçün lift də quraşdırılacaqdır.

Qeyd edək ki, bu layihə “Cahan İnşaat” MMC-nin Mənzil-Tikinti İdarəsi tərəfindən reallaşdırılır.